Categories
Uncategorized

📊 Reklam nəticələri ilə bağlı hesabatları bəzən ayın sonu, ya da hansısa xüsusi tarixdə təqdim edirlər.
⏰ Doğrudur özüm də bəzi hesbatları bu formada hazırlayıram (özümdən asılı olmayan səbəblərdən dolayı). Amma düşünürəm ki, bu heç doğru yanaşma deyil. Reportinq mütləq ki “real time” olmalıdır. Müştəri yaxud menecerimiz istənilən an sanki canlı futbol izləyir kimi nəticələrə baxa bilməli və o “müqəddəs günü” gözləməli deyil ki, rəqəmsal xidmət verən əməkdaş (şirkət, agentlik) ona “ppt” göndərsin.

📈 Müstəqil işlədiyim müştərilərlə yaxud da tamamilə etimad edən müştəriyə hesabatları real time formada link şəklində təqdim edirəm. Və o istədiyi seçimləri edib, istədiyi göstəricilərlə tanış ola bilir. “Dashboard” ilə işləməyi izah etmək maksimum 15 dəqiqə kimi zaman alır. Və sizin də anladığınız kimi bu report özü-özünü yeniləyir və hər ay üçün yenisini hazırlamaq zaman almır.

📌📝 Və bir də inandığım 2 şey var. Əgər hesabata hansısa məlumatı “manual” olaraq əlavə ediriksə deməli nələrisə səhv edirik. İkincisi isə, hebatın təhlilinə hazırlanmasından daha çox zaman ayırmaq lazımdır, nəinki əksinə. Konfidensiallıq səbəbilə Sizinlə linki deyil, rəydə screenshot paylaşacam. Şəkildəki bütün metriklər “editable”-dir.

✅📣 Reklam nəticələri hər incə detalına qədər təhlil olunmalıdır, sözün əsl mənasında “cücəni payızda sayarlar”. Siz isə bu soyuq, qarlı qış günündə özünüzdən və hesabatlarınızdan muğayat olun.

One reply on “Cücəni payızda sayarlar”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Categories

Calendar

July 2024
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Archives