Categories
Uncategorized

Reklam hesablarının təhlükəsizliyi verdiyimiz reklamın keyfiyyəti qədər önəmli və vacib məsələdir. Bəzən ertələdiymiz təhlükəsizlik tədbirləri yaxın gələcəkdə bizə baha başa gələ bilər.

Odur ki, reklam hesabını kənar təsirlərdən qorumaq, təhlükəsizliyini təmin etmək və dolayısı ilə reklam keyfiyyətini də yuxarı tutmaq üçün aşağıdakı prosesləri izləməkdə fayda var.

  1. Two-Factor Authentication
    Reklam hesabına girişi olan hər bir şəxsin Facebook hesabında Two-Factor Authentication aktiv olsun. Bu tələbi qarşılamayan şəxsləri Business Manager-dən silin.
  2. Backup admin
    Business managerdə sizdən başqa yuxarıdakı şərti ödəyən backup admin olsun. Xüsusən də, bu hesabın feyk hesab olmamasına çalışın. Çünki bu yaxınlarda bizneslərdən birində Business Managerdə olan hər iki hesab feyk hesab olduğundan eyni anda hər iki hesabın silinməsilə business managerə olan girişi itirilmişdir.

Qeyd edim ki, ara-sıra Facebook feyk hesabları silir və bunu bəyan edirlər. Backup adminin hesaba full girişi olsun.

Siz Business Managerə daxil olub business managerə girişi olan şəxsləri analiz edə və onlardan Two-Factor Authentication aktiv edilməsini tələb edə bilərsiniz.

  1. Business Manager-ə girişi olan şəxslər
    Çalışın ki, Business Managerdə olan adamların ad və soyadları, haqqında məlumatları düzgün olsun. Bu sizə aylıq audit zamanı sürətli inciləmə və emal şansı verəcək. Email adresləri və s. kimi məlumatlara baxaraq onların sizin bizneslə əlaqəsi olan və hazırda sizinlə çalışan insanlardan biri olmasına əmin olun.
  2. Junior-lar və təcrübəçilər
    Komandaya kiçik mütəxəssislər, təcrübəçilər alarkən onlara full access verməyin. Ümumiyyətlə “Business asset groups” yaratmaq və beləcə bu prosesi ( girişlərin verilməsi) daha qısa zamanda icra edə bilərsiniz. Məsələn, siz junior əməkdaşlar üçün bir, seniorlar üçün bir assets group yarada və gələcəkdə müvafiq şəxslərə müvafiq girişi verə bilərsiniz.

Əgər şirkətinizdə ödənişləri maliyə (mühasibat) komandası edəcəksə hər biri üçün müvafiq giriş verin. Bəzən pis niyyətləri olmasa da Business manager və onun alətləri ilə işləyə bilmədiklərindən dolayı xoşagəlməz hallara gətirib çıxardacaq işlər edə bilərlər.

Və adətən Business Managerə girişi olmamalı şəxsləri Business Managerdən silin. Sizinlə eyni şirkətdə çalışır deyə hər bir əməkdaş Facebook səhifəsində admin olmalı, yaxud ads managerə girişi olmalı demək deyildir.

Çünki bir rəqəmsal marketinq mütəxəssisi kimi bu işlərdən cavabdeh şəxs sizsiniz və o reklam panelini səliqəli və təhlükəsiz istifadə etməlisiniz. Sizi daha dəyərli edən texniki biliklərlə yanaşı bu kimi işləri də düzgün icra etmənizdir.

İşinizdən və özünüzdən muğayat olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Categories

Calendar

May 2024
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Archives