Categories
Uncategorized

ℹ️ “Out of box” ifadəsi ilə demək olar ki, hər birimiz tanışıq. Marketinqdə, xüsusən də rəqəmsal marketinq kampaniyalarının icrasında o qutudan kənara çıxmaqla fərqli və daha yaxşı nəticələr əldə etmək mümkündür.

Komanda daxilində rəqəmsal marketinq deyəndə ağla yanlız rəqəmlər, hesabatlar və bu qəbildən olan ifadələr gələrsə ümumi nəticələr heç də ürəkaçan olmayacaq.

Alfa Romeo markası üçün lead reklam kampaniyasını icra edərkən kopirayter və dizayner ilə olan yaxşı əlaqələr nəticəsində 0.05 – 0.10 USD kimi (per lead) nəticələr əldə etdik. Bəlkə də nə zamansa məni “komanda işi” sorğusuna çəksələr deyərəm ki, məhz həmin o marka üçün işlər gördüyümüzdə sağ əlin verdiyini sol əl gördüyü üçün gözlə görünəcək yaxşı nəticələr əldə etdik.

Daha sonra bu proses Jeep markası üçün də icra edildi.

Çox inandığım bir şey var ki, rəqəmsal marketinq həlləri zamanı yaradıcı komanda ilə sıx işləmək lazımdır. Və rəqəmsal marketinq meneceri özü də bir az yaradıcı və təşəbbüskar olmalıdır.

Son günlərdə isə Monster Notebook markasının kreativ axtarış reklamı çox cəzbedici alınmışdı. Bu formada Semrush, Hubspot, Moz kimi markalar da ara-sıra yaradıcılıqlarını ortaya qoyurlar. Mən həmin reklamı rəydə Sizinlə paylaşacam.

Sonda isə “qutu”dan kənara çıxmaq üçün əvvəl o qutunun içərisinə yaxşı bələd olmalıyıq.

Özünüzdən və reklamlarınızdan muğayat olun.

One reply on ““Out of Box” Marketinq”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Categories

Calendar

September 2024
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Archives