Categories
Marketing

Facebook pixel nədir?

Facebook pixel Facebook tərəfindən yaradılaraq vebsaytınıza əlavə etdiyiniz koddur ki, onun sayəsində siz reklamlarınızın effektivliyini ölçə və vebsayt istifadəçilərini yenidən hədəfləyə bilirsiniz.

Facebook Pixel vasitəsilə vebsaytınıza daxil olan istifadəçiləri retarget edə bildiyinizi bilirsiniz. Zamanla bu alət əvvəlki effektivliyini itirib. Buna səbəb Apple kimi hegemon şirkətlərin tracking mövzusunda etdiyi məhdudiyyətlərdir. Amma bu problemə də dolayısı ilə həll var. İşin içinə conversion api girir. Bele ki, son yenilənmələr sonrası sizin sayta daxil olan istifadəçilərin böyük hissəsinin datası itirdi və retarget edə bilmirdiz.

Facebook Pixeli saytınıza əlavə etməyi bu bloq yazısından öyrənə bilərsiniz.

Conversion API nədir?

Conversion api Facebook Pixel ilə birlikdə işləyir və bunların vəhdəti ilə siz daha yaxşı data elde edə bilirsiniz, nəticədə Facebook və Instagram reklamlarının effektivliyini artıra bilərsiniz.

Pixel ilə qəbul etdiyiniz dataların böyük hissəsini itirmiş oluruq. Belə ki, pixel browser-side alət olduğundan adblockers və başqa təsirlərdən müəyyən qədər data itkisi yaşana bilir. Capi (conversion api) isə server-side olduğundan o istifadəçi datasını brauzer deyil server üzərindən track edə bilir. Yeri gəlmişən capi-nin əvvəlki adı server-side API olub. Nəticədə siz Capi ilə pixel eventləri deyil server eventləri track edə bilirsiniz.

Conversion api vebsayt kukilərinə etibar etməzlər. Belə ki, vebsayt istifadəçilərinin brauzer ayarları və performansı da Capinin tracking performansına mənfi təsir edə bilmir.

Artıq bildiyimiz kimi Capi Pixel ilə birlikdə işləyərək Facebookun tracking keyfiyyətini və dəqiqliyini artırır. Nəticədə əlinizdə daha yaxşı data olduğu üçün bu da sizin reklam nəticələrinə birbaşa təsir edir. Daha yaxşı optimizasiya olunmuş reklam daha yaxşı satışa da gətirib çıxarır.

Siz köhnə bloq yazılarında offline və app conversion api-lar barədə yazılar görə bilərsiniz. Amma hazırda facebook bütün bunları vahid bir capi-də formalaşdırıb və digərlərini istifafə etməyi tövsiyyə etmir.

Pixel və Capi birlikdə işləyərkən problem yaşana bilər?

Pixel və conversion api eyni anda işləyəndə mümkün conversion-u ayırd etmə ehtimalı daha da yüksək olur. Bu zaman sualınız formalaşa bilər ki, əgər bir eventi həm pixel, həm də capi eyni anda ayırd edərsə o zaman bir event süni olaraq 2 vahid kimi sayıla bilər. Lakin bu anda Facebook “deduplication” istifafə edir və bu problem aradan qalxır. Yəni eyni eventi hər iki toolkit tutarsa Facebook onlardan birini silir, digərini saxlayır. Bu qədər sadə.

Conversion API praktikada nələrə təsir edir?

  1. Daha yaxşı retargetting imkanları
  2. Daha aşağı reklam xərci (CPA)

Buna səbəb isə daha yaxşı tracking edə bilmə imkanımızın yaranmasıdır.

Conversion API necə quraşdırmaq olar?

Artıq məncə capi istifadə etməmək üçün səbəbiniz yoxdur. Odur ki, indi onu necə setup etmək barədə danışa bilərik.

Bu proses bəzən rəqəmsal marketinq mütəxəssislərini qorxudur.  Pixellə müqayisədə capi-ni düzgün setup etmək bir az çətin görünə bilər.

  1. Partner inteqrasiya

Bu yol mümkün 3 yoldan bəlkə də ən sadəsidir və demək olar ki, kodlama bacarıqları tələb edilmir. WordPress, Zapier, Google Tag Manager ilə bunu tətbiq edə bilərsiniz. Google Tag Manager (server-side) ilə bu prosesi etmək düşünürəm ideal seçimdir.

  1. Conversion API gateway

Bu yolla inteqrasiya zamanı sizin DNS və clouda girişiniz olmalıdır. Bu seçim zamanı da demək olar ki, kod bacarıqlarına ehtiyac olmur.

  1. Manual üsulla

Bu yolla setup üçün sizin developerə ehtiyacınız olacaq, Facebook tərəfindən verilən documentationa əməl etmək lazımdır.

facebook pixel nədir
capi partner integration

Reklam nəticələrinizin effektivliyi üçün gec olmadan elə bugün capi-ni və eventləri setup etməyə başlayın. Nəticələri qısa zamanda Google Analytics interfeysində görəcəksiniz.

Bonus Video

Təqribi 5 dəqiqə ərzində setup prosesini tamamlaya biləcəksiniz. İnterfeysdə bəzi dəyişikliklər ola bilər, amma necə deyərlər yol özü sizi ünvana çatdıracaq.

 

One reply on “Facebook Pixel və Conversion Api | 25% daha yaxşı reklam nəticəsi”

Mya43says:

Элвис Пресли, безусловно, один из наиболее влиятельных музыкантов в истории. Родившийся в 1935 году, он стал иконой рок-н-ролла благодаря своему харизматичному стилю и неповторимому голосу. Его лучшие песни, такие как “Can’t Help Falling in Love”, “Suspicious Minds” и “Jailhouse Rock”, стали классикой жанра и продолжают восхищать поклонников по всему миру. Пресли также известен своими выдающимися выступлениями и актёрским талантом, что сделало его легендой не только в музыке, но и в кинематографе. Его наследие остается живым и вдохновляет новые поколения артистов. Скачать музыку 2024 года и слушать онлайн бесплатно mp3.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Categories

Calendar

April 2024
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Archives