TM nədir?
UTM parametrlər
❓ UTM təqləri nə zaman istifadə etmək olmaz?
🟠 UTM parametrlər rəqəmsal marketinq kampaniyalarınızın effektivliyini ölçmək və hansı mənbə və kanalların daha effektiv olmasını ölçmək üçün istifadə edilir.
🟠 Daxili linkləmə zamanı UTM-lərdən istifadə etməməliyik. UTM-lər external mənbələr üçün nəzərdə tutulub. Əgər biz vebsaytın daxilində saytımızın bir səhifəsindən başqa səhifəsinə keçid verən linklərə UTM əlavə etsək Google Analytics-də medium və source hesabatlarında yanlışlıq yaranacaq. Qısaca siz bu prosesi etməklə saytınızdakı mənbə hesabatlarını öz əlinizlə “qarışdırmış” olacaqsınız.
🟠 Daxili linklərdə UTM-i o zaman istifadə edə bilərik ki, saytımızın daxilində verdiyimiz link başqa bir sayta gedir. Bu statistikaları biz öz Google Analitikamızda görməyəcəyik, amma əgər digər domen də bizə məxsusdursa izləyə bilərik.
🟠 Əgər saytımızda başqa bir sayta keçid verən link varsa onunla bağlı olan məlumatları toplamaq üçün isə “event” yarada bilərik. Əgər həmin domenin sahibi də məlumatları izləmək istəyirsə UTM-də əlavə edə bilərsiniz. Müvafiq olaraq “Behavior” və “Acquision” bölmələrindən dataları izləyə biləcəksiniz.
Ümidvaram ki, UTM nədir sualına cavab tapdınız. UTM parametr sizin rəqəmsal marketinq fəaliyyətinizin effektivliyinin ölçülməsi üçün vacib detallardan biridir.
Özünüzdən və datalarınızdan muğayat olun. ✌🏻
#measurecamp#digitalmarketing#utm#googleanalytics