⚠️ Disclaimer: Reklamın effektliyi haqqında danışdığımız 3 faktordan başqa digər faktorlardan da asılıdır.
Düşünürəm ki, indiki durumda reklamın effektivliyinə təsir edən faktorlar çoxdan aza olmaqla bu sıralama ilə dəyişir.
Kreativ ➡️ Kopiraytinq ➡️ Targetting
Rəqəmsal marketinq meneceri hədəfləmə və digər etdiyi texniki fəaliyyətlərini uğurla tamamlamaq istəyirsə onun əlindəki kreativlər kifayət qədər yaxşı olmalıdır.
Yəni o bərbad kreativ və yaxşı şərtləri olmayan məhsulla nə qədər targetting etsə də nəticəsi yaxşı olmaya bilər.
🟠 Reklamlarımız adətən mobildə daha çox göründüyü üçün, kreativlərin mobil uyumlu olmasından əmin olaq. Yaxud da mobil telefonlarda görüntülənəcək reklamların mobil uyumlu olmasını təmin edək.
🟠 Video reklamlarda subtitle əlavə etmək daha qazandıran reklam fəaliyyəti ilə nəticələnir. Bunu dəfərlərlə oxumuşdum, A/B testinin də nəticələri eyni oldu.
🟠 Videoları isə daha qısqa tutmaqda fayda var. 5-15 saniyə idealdır. Bolt, Uber videolarını göz önünə gətirin.
🟠 Loqonuzu videonun önündə (ilk saniyələrdə) qoyun. Bilinirlik üçün bu çox vacibdir.
🟠 Original videolar daha çox güvən yarada bilər.
Bütün bu qeyd etdiklərimi rəqəmsal marketinq mütəxəssisi kreativ komandadan tələb edərək nəticələrini yaxşılaşdıra bilər. Çünki bəzi hallarda bu istəklər qarşılanmaya bilir.
Hamınıza xoş iş həftəsi 🙂
2 replies on “Uğurlu reklamlar.”
Fantastic insights! Your perspective is very refreshing. For more details on this topic, visit: EXPLORE FURTHER. What do others think?
Very interesting topic, thank you for posting.Leadership