Categories
Marketing

Multilingual SEO nədir?

Multilingual SEO vebsayt kontentinizi bir neçə dildə hazırlayaraq müxtəlif istifadəçiləri saytınıza cəlb etmə fəaliyyətidir. Azərbaycanda daha çox vebsaytları Azərbaycan dili ilə yanaşı rus və ingilis dilində də hazırlayırlar. Siz də bu prosesin bir parçasınızsa demək siz də multilingual SEO etmisiniz ya da edirsiniz.

Bu prosesə başlamamışdan öncə vebsaytımızn hədəf kütləsinin hansı ölkələr olduğunu təyin etməliyik. Bu prosesi klassik SEO alətləri ilə edə bilərik. Bizim keyzdə isə biz Azərbaycanda fəaliyyət göstərən biznes üçün bu prosesi etdiyimizdən hazırda SEO-nu Azərbaycan üçün Azərbaycan, Rus və İngilis dili üçün hədəfləyirik.

Multilingual SEO üçün URL strukturu

URL strukturu istənilən vəziyyətdə vebsayt və SEO üçün vacib amildir. Multilingual SEO prosesində isə bu həm vacibdir, həm də nisbətən daha çətindir. Bu prosesdə seo strukturunu aşağıdakı formalarda qura bilərik. Siz isə biznes və saytınıza uyğun strukturu qura bilərsiniz.

1. Hər dil üçün başqa domen

Biz artıq sizinlə razılaşdıq ki, Azərbaycanda xidmət göstərəcək biznes üçün Az, En və Rus dilində səhifələr olacaq və onları SEO edəcəyik.

O zaman hər dil üçün fərqli domen uzantısı alırıq. Məsələn,

zamiqzade.az
zamiqzade.com
zamiqzade.ru

Bu formada saytı hazırlamaq üçün fərqli domenləri almalı, onların hər birini düzgün quraşdırmaq üçün `İT dəstəyinə ehtiyacınız olacaq. SEO baxımından isə hər bir sayta ayrıca SEO etməli olacaqsız. Hər dilə özəl açar söz, məzmun planlaması edəcəksiniz.

2. Altqovluqların yaradılması

Bu üsul fərqli domenlərin alınmasından daha asan prosesdir. Nümunə göstərsək aşağıdakı kimi olacaq:

zamiqzade.com/az
zamiqzade.com/ru
zamiqzade.com/en

Developer nöqteyi nəzərdən bu proses daha asandır və daha az xərclidir.

3. Subdomendən istifadə

Əgər mənim saytım üçün sabdomenlə dil versiyalarını yaratsaq bu aşağıdakı kimi olacaq.

en.zamiqzade.com
ru.zamiqzade.com

Bu işi görmək sizin developeriniz yoxdursa sizə çətin bir tapşırıq kimi gələ bilər.

Multilingual SEO üçün digər detallar

Normalda SEO üçün etdiyimiz bütün on page SEO elementlərini Multilingual SEO üçün də eyni formada etməliyik.

 

    • Title

    • Meta

    • Daxili linkləmə (internal linking)

Bonus Video

Bu videoda məqalədə qeyd etmədiyim digər detallarla tanış ola bilərsiniz. Eyni zamanda bu məqaləyə keçid edərək Semrush tərəfindən hazırlanmış bu məqalədən də istifadə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Categories

Calendar

October 2023
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Archives