Sentyabr ayında rəqəmsal marketinqin gündəliyində olmuş bəzi qeydə dəyər yenilikləri sizinlə də paylaşıram.
🟠 Adobe Figma-nı satın aldı.
🟠 Microsoft yeni multimedia reklam növlərini bəyan etdi. Bing axtarış motorunda video və şəkil formatında axtarış reklamları görünəcək. Bing bizim ölkə üçün unikal olmasa da xarici bazar üçün iş görən rəqəmsalçılar onu çox sevir.
🟠 Google az söz sayına məxsus kontentləri heç də “thin content” kimi görmür. Bunu Mueller deyib. Necə deyərlər “Less is more”
🟠Wordpress 6.0.2. Versiyasını yeniləməyi israrla təkid edir. Köhnə versiyalarda təhlükəsizlik problemi yaşana bilər.
🟠 Facebook lead reklamları ilə birbaşa faylı yekləməyi təmin edən yenilənmədən artıq istifadə edə bilərsiniz.
🟠Veb səhifənizə H1 təqini əlavə etmədiyinizə görə Google sizi cərimə etməyəcək. Dəqiq xəbərdir 🙂
🟠 Linkedin qeyd edir ki, yaxın gələcəkdə birbaşa platforma üzərindən postlarınızı planlaya biləcəksiniz. Hələki mənim kimi #Buffer üzərindən edə bilərsiniz.
🟠 Google ads yeni “better ads” standartlarını elan etdi. Bu standartlarla bağlı geniş məqalə paylaşacam.
🟠 Əgər saytınızda müxtəlif səhifələrdə müxtəlif faviconlar varsa nəzərdə saxlayın ki, Google axtarış nəticələrində ana səhifəsindəki faviconu əsas götürəcək.
🗓️ Oktyabr ayında marala gözlədiyim bir neçə hadisə var. Onların necə sonlanacağını noyabrda paylaşacam.
#digitalmarketing
2 replies on “Rəqəmsal Gündəlik: Sentyabr”
Very engaging and funny! For more on this topic, visit: LEARN MORE. Let’s chat!
I like this web site it’s a master piece! Glad I discovered this ohttps://69v.topn google.Blog monetyze