🎯 Linkedin reklamlarında olan bir kliklə faylın yüklənməsi funksiyası Facebook-da yox idi. Bugünlərdə bu funksiya Facebook reklamları üçün də aktiv oldu.
📁Belə ki, siz reklam fəaliyyətləriniz üçün nəzərdə tutduğunuz faylı Ads managerdə aşağıdakı ardıcıllıqla icra edərək yüklənmə üçün hazır vəziyyətə gətirə bilərsiniz.
Leads Ads ➡️ Instant Forms ➡️ Create Form ➡️ View File
🗃️ İndiyədək bizim bu imkanımız olmadığı üçün biz istifadəçiləri vebsayt landing page-ə yaxud alternativ başqa yerlərə yönləndirirdik. İndi isə bu yeniliklə daha keyfiyyətli leadlər yarada bilərik.
Odur ki, satış komandanıza, kreativ komandanıza müvafiq brifləri verin. Turizm, tibb, təhsil və kataloqla satış edə biləcək bütün şirkətlər üçün olduqca faydalı olacaq.
📁Faylın həcmi maksimum 10 MB olmaqla PDF, PNG or JPEG ola bilər.
🎯 Reklamlarınızda uğurlar!